Nazim İbrahimov: “Bakı Qlobal Forumunda Qarabağ probleminə yanaşmada ikili standartlar da müzakirə mövzusu olacaq”

Nazim İbrahimov: “Bakı Qlobal Forumunda Qarabağ probleminə yanaşmada ikili standartlar da müzakirə mövzusu olacaq”
# 08 mart 2016 07:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Belə forumlarda hər kəs fikrini söyləyə bilər. Burada səslənən fikirlərin Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşməməsi də mümkündür, hətta bəzi hallarda tam əksi də ola bilər. Forumların qaydasıdır ki, burada azad fikirlər səslənir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda keçiriləcək IV Bakı Qlobal Forumunun dəstəkçisi olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

O qeyd edib ki, forumda hansısa ölkədəki vəziyyət müzakirə olunarkən də hər kəs azad şəkildə fikrini söyləyə biləcək: “Təbii ki, sonda yekun fikir, həqiqət ortaya çıxır. Buraya gələn qonaqlar Azərbaycanın inkişafını görürlər, Bakının sürətli inkişafının şahidi olurlar. Hər forumdan sonra öz ölkələrində məqalələrlə çıxış edirlər. Bu forumdan sonra da Azərbaycanla bağlı fikirlərini bildirəcəklər. Bu, Azərbaycanın tanıdılması deməkdir. Bakı Qlobal Forumunda Qarabağ məsələsi də müzakirə olunacaq. Həmçinin Qarabağ probleminə yanaşmada ikili standartlar da müzakirə mövzusu olacaq”.

N. İbrahimov bildirib ki, belə forumlar keçirilərkən bəzi insanlar burada səslənəcək fikirlərdən narahat olurlar, bu fikirlərin Azərbaycanın yürütdüyü siyasətə problem yaradacağını düşünürlər: “Amma bu forumda hər kəs öz fikrini söyləməkdə azaddır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR