Donald Tramp Bəşər Əsədi “heyvan” adlandırıb

Donald Tramp Bəşər Əsədi “heyvan” adlandırıb
# 12 aprel 2017 06:06 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.

 

“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.  

 

ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.

 

“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR