Aralıq dənizi üzərində radarlardan itən sərnişin təyyarəsi tapılıb - YENİLƏNİB

Aralıq dənizi üzərində radarlardan itən sərnişin təyyarəsi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 06 avqust 2016 17:40 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizi üzərində radarlardan itən sərnişin təyyarəsi tapılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Əlcəzairdən Marselə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Əlcəzair hava limanına qayıdıb.   

 

“Təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra 7 min metr yüksəklikdə Aralıq dənizi üzərində radarlardan itib, lakin texniki nasazlıq səbəbindən yarım saat əvvəl Əlcəzair aeroportuna qayıdıb”, - deyə “Air Algerie” aviaşirkətindən bildirilib.  

 

 

**** 19.17

 

Bakı-APA. Əlcəzairdən Fransanın Marsel şəhərinə uçan “AH1020” tipli sərnişin təyyarəsi Aralıq dənizi üzərində radarlardan itib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Flightradar24 saytında yerləşdirilib.

 

Məlumata görə, radarlardan yoxa çıxmazdan əvvəl ekipaj dispetçerə  təyyarənin göyərtəsində fövqəladə halın yaranması barədə məlumat ötürüb.   

 

Xarici KİV-lərin məlumatına görə, Marselə uçan təyyarə müəyyən vaxtdan sonra geri, Əlcəzairə istiqamət alıb və tədricən enməyə başlayıb. Lakin, Əlcəzair ərazisinə az qalmış, təyyarə 5500 metr yüksəklikdə radarlardan itib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR