Aprelin 11-də Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şitterer Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən APA-ya bildirilib ki, müşavirlə keçirilən görüşdə, artıq bir neçə dildə müxtəlif ölkələrdə nəşr olunmuş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın fransız dilinə mükəmməl səviyyədə tərcüməsi məsələləri, həmçinin Fransa-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dair digər məsələlər müzakirə edilib.