Cəlilabadda avtoqəza nəticəsində iki nəfər xəsarət alıb

Cəlilabadda avtoqəza nəticəsində iki nəfər xəsarət alıb
# 13 aprel 2017 20:55 (UTC +04:00)

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı  kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomaşınla  toqquşub. Qəza nəticəsində bir ailənin iki üzvü xəsarət alıb. Yaralılar - rayonun Ocaqlı kənd sakinləri, 1964-cü il təvəllüdlü Abıyev Bəhmən Bəhmən oğlu və 1967-ci il təvəllüdlü Gülnaz Məmi qızı Abıyevadır. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasının travma şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR