Bakı-APA. Oktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.
APA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki. Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir.