Lənkəranda kütləvi zəhərlənmə baş verib

Lənkəranda kütləvi zəhərlənmə baş verib
# 05 sentyabr 2016 22:50 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verib.

Sentyabrın 5-də sözü gedən kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər müraciət edib. Onların əksəriyyəti uşaqlardan ibarət olub. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib. Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.

Lənkəran MRX-dan APA-nın yerli bürosuna verilən məlumatda bütün xəstələrə zəruri tibbi yardımların göstərildiyi, onların əksər hissəsinin vəziyyətinin yaxşılaşdığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR