Qonşusunu bıçaqlayan 15 yaşlı oğlan məhkəmə zalında həbs edilib

Qonşusunu bıçaqlayan 15 yaşlı oğlan məhkəmə zalında həbs edilib
# 02 may 2017 10:44 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu 35 yaşlı Rəşad Rzayevi bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Münsif Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, M.Q asımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. 

Qeyd edək ki, Münsif Qasımov barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, ev dustaqlığında idi. İttihama görə, tərəflər arasında söyüş üstündə mübahisə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR