Gəncədə kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Gəncədə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
# 26 aprel 2017 20:12 (UTC +04:00)

Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR