Yaponiya sahillərində baş verən 7,3 ballıq zəlzələdən sonra sunami dalğalarının hündürlüyü 90 santimetr təşkil edib.
APA-nın NHK telekanalına istinadən verdiyi xəbərə görə, ilk dalğanın hündürlüyü 60 sm olub.
Bundan əvvəl 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılmışdı. "Fukusima" atom elektrik stansiyasında vəziyyətin sabit olduğu bildirilir.
Qeyd edək ki, 2011-ci ilin martında Yaponiyanın şimal-şərqində 9,0 bal gücündə zəlzələ baş vermiş, sunami dalğalarının hündürlüyü 15 m çatmışdı.