İranın paytaxtı Tehranda zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 13:41-də Tehranın Dəmavənd bölgəsində qeydə alınıb. Zəlzələnin maqnitudası 4.4, dərinliyi 10 km olub.
Zəlzələ əhali arasında təşvişə səbəb olub, insanlar küçələrə axışıb.