Hande Harmancı: “Karantin rejimi birdən aradan qaldırılsa yoluxma halları yenidən güclənə bilər”

Hande Harmancı: “Karantin rejimi birdən aradan qaldırılsa yoluxma halları yenidən güclənə bilər”
# 24 aprel 2020 15:46 (UTC +04:00)

“İlkin sübutlar dünya əhalisinin əksəriyyətinin koronavirusa həssas olduğunu göstərir. Ancaq bu yeni virusdur, indiyə qədər belə pandemiya ilə qarşılaşmamışıq. Hazırda dəqiq nə edilməli olduğu barədə fikir yoxdur. Amma dünyadakı bir çox təşkilatlar bir araya gələrək bu məsələ üzərində çalışırlar”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) virtual mətbuat konfransında qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, virusla mübarizədə 6 addım üçün sistem hazır olmalıdır:

“1. Hər bir yoluxma halının aşkarlanması; 2. Yoluxan xəstələrin izolyasiyası; 3. Şübhəli hallarla bağlı testlərin edilməsi; 4. Hər xəstəyə qayğı göstərilməsi; 5. Virusa yoluxanlarla bağlı kontakt halların izlənməsi və karantin tətbiqi; 6. Əhalinin görülən işlərə cəlb olunması və bu sahədə maarifləndirmə olması”.

H.Harmancı deyib ki, Azərbaycan da virusla bağlı ilk vaxtlardan çox ciddi işlər görüb: "Ən vacib işlərdən biri xəstələrin tez zamanda aşkarlanması və izolyasiya olunmasıdır. Çünki bu zamanda daha çox insana virusun yayılmasının qarşısı alınır. Azərbaycan ilk olaraq sərhəddə ciddi işlər gördü, xəstəliyə yoluxan şəxslər izolyasiya olundu. Ölkədə izolyasiya və karantin çox yaxşı tətbiq edildi. İctimai səhiyyə qaydalarına əməl edilməsi, məktəblərin, universitetlərin, bir çox iş yerlərinin bağlanması ilə, insanların evdə qalması üçün görülən tədbirlər təqdirəlayiqdir. Aprelin 10-dan virusa yoluxan xəstələrin sayının azalması ümid verir ki, görülən işlər təsir edib. Amma karantin rejimi birdən aradan qaldırılsa, yoluxma halları yenidən güclənə bilər. Ona görə çox diqqətli olmaq lazımdır. Virusla bağlı peyvənd, dərman tapılana qədər görülən işlər davam etdirilməlidir ki, virus sürətlə artmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR