Azərbaycanda xəstəxana və binaların etibarlı elektrik təchizatına dair tələblər müəyyənləşib

Azərbaycanda xəstəxana və binaların etibarlı elektrik təchizatına dair tələblər müəyyənləşib
# 01 avqust 2019 16:41 (UTC +04:00)

Nazirlər Kabineti “Yaşayış, ictimai binaların və mühəndis-kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları”nı təsdiq edib.

APA-Economics”in məlumatına görə, qərara əsasən, I kateqoriya elektrikqəbulediciləri normal iş rejimində elektrikenerjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilməlidir və qida mənbələrindən birinin elektrik təchizatında pozuntu zamanı fasiləyə yalnız qidalanmanın avtomatik bərpası müddətində yol verilə bilər.

I kateqoriyaya aid xüsusi qrup elektrikqəbuledicilərinin (insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün fasiləsiz işi zəruri olan elektrikqəbulediciləri) elektrik təchizatı üçün qarşılıqlı ehtiyatda olan üçüncü müstəqil qida mənbəyindən əlavə qidalanma nəzərdə tutulmalıdır. I kateqoriya elektrikqəbulediciləri üçün ikinci, o cümlədən xüsusi qrup elektrikqəbulediciləri üçün üçüncü müstəqil qida mənbəyi qismində yerli elektrik stansiyaları, enerjisistemin elektrik stansiyaları (xüsusi halda, generator gərginlikli şinlər), bu məqsədlər üçün nəzərdə tutulan fasiləsiz qidalanma aqreqatları, akkumulyator batareyaları və s. istifadə edilir. Əgər elektrik təchizatının ehtiyatlandırılması ilə texnoloji prosesin fasiləsizliyini təmin etmək mümkün olmadıqda və ya elektrik təchizatını ehtiyatlandırma iqtisadi cəhətdən məqsədəuyğun deyildirsə, texnoloji ehtiyatlandırma (elektrik təchizatının pozulması zamanı fəaliyyət göstərən, qarşılıqlı ehtiyatda olan texnoloji aqreqatların, texnoloji prosesi qəzasız dayandıran xüsusi qurğuların quraşdırılması) yerinə yetirilməlidir.

II kateqoriya elektrikqəbulediciləri normal iş rejimində elektik enerjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilməlidir. Onların elektrik təchizatında yol verilən fasilə növbətçi heyət və ya səyyar operativ xidmət tərəfindən ehtiyat mənbədən elektrik təchizatının bərpa edilməsi üçün tələb olunan müddətdən artıq olmamalıdır.

III kateqoriya elektrikqəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemində zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir sutkadan artıq olmamalıdır.

Qərara əsasən, yaşayış, ictimai binaların və mühəndis-kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları aşağıdakı kimi bölünüb:

I kateqoriya - yanğın əleyhinə qurğular (yanğın nasosları, hava basqı, tüstükənarlaşdırma, yanğın siqnalizasiya və yanğın xəbərdarlıq sistemləri), liftlər, qəza işıqlandırılması, hündür qurğuların işıq çəpərlənməsi, digər elektrikqəbulediciləri kompleksi, yaşayış binalarının ayrıca yerləşən və bina daxilində qurulan mərkəzi istilik məntəqələri, fərdi istilik məntəqələri, İdarələrin, layihə və konstruktor təşkilatlarının və elmi tədqiqat institutlarının binalarında yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması və digər elektrikqəbulediciləri kompleksi və mərtəbə sayından asılı olmayaraq, işləyənlərin sayı 1000 nəfərdən çox olan binalar, hündürlüyü 10 mərtəbədən çox olan binalar, müalicə-profilaktika müəssisələrinin binalarında əməliyyat və doğum bloklarının, anesteziologiya, reanimasiya və intensiv terapiya bölmələri, laparaskopiya, bronxo-skopiya və angioqrafiya kabinetləri, yanğın əleyhinə qurğular və mühafizə siqnalizasiyası, təxliyə və xəstəxana liftlərinin elektrikqəbulediciləri, qəza işıqlandırılması, respublika əhəmiyyətli maliyyə, kredit və dövlət sığortası idarələrində yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması, 1 mln. vahiddən çox saxlama fondu olan arxiv və kitabxana binalarının yanğın əleyhinə qurğularının, mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması, təhsil, tərbiyə və kadrların hazırlanması müəssisələrinin yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması, ticarət sahəsi 500 kv.m-dən çox olan universamların, ticarət mərkəzlərinin, dükanların və digər ticarət obyektlərinin yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması, ictimai iaşə müəssisələrinin (oturacaq yerləri 50-dən çox olan) yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması, mehmanxanalar, istirahət evləri, pansionatlar və turbazaların yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması, respublika əhəmiyyətli muzeylərin və sərgilərin elektrikqəbulediciləri kompleksi, qəza işıqlandırılması, rayon əhəmiyyətli muzeylər və sərgilərin yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması, idman və əyləncə mərkəzlərinin yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması, fərdi ehtiyat istilik mənbələrinə malik olmayan birinci kateqoriyalı istehlakçıları təmin edən və istilik təchizatı sisteminin yeganə istilik mənbəyi olan birinci kateqoriyalı qazanxanalar, fərdi məhsuldarlığı 10 Qkal/saat-dan çox olan suqızdırıcı qazanlı ikinci kateqoriyalı qazanxanaların şəbəkə və qidalandırıcı nasoslarının elektrik mühərrikləri, əhalisinin sayı 20 min nəfərdən çox olan şəhərlərdə su nasos stansiyaları, qəza kənarlaşdırması olmayan və ya 2 saatdan az qəza kənarlaşdırması müddəti olan kanalizasiya nasos stansiyaları, mərkəzi elektrik təchizatı sisteminin dartı yarımstansiyaları, şəhər elektrik şəbəkəsinin, istilik, qaz təchizatı, sukanalizasiya təsərrüfatı və xarici elektrik şəbəkələrinin mərkəzi dispetçer məntəqəsi.

II kateqoriya – elektrik plitələri olan yaşayış binaları (1-8 mənzilli binalar istisna olmaqla), qaz və bərk yanacaqlı plitələri olan hündürlüyü 5 mərtəbədən çox olan yaşayış binaları, ümumi tutumu 50 nəfərdən çox olan yataqxanalar, işləyənlərin sayı 50 nəfərdən çox olan idarələrin, layihə və konstruktor təşkilatlarının və elmi tədqiqat institutlarının binaları, müalicə-profilaktika müəssisələrinin binalarında digər elektrikqəbulediciləri kompleksi, respublika əhəmiyyətli maliyyə, kredit və dövlət sığortası idarələrində digər elektrikqəbulediciləri kompleksi, şəhər və rayon tabeliyində olan idarələrin elektrikqəbulediciləri kompleksi, şəhər və rayon tabeliyində olan idarələrin elektrikqəbulediciləri kompleksi, 1 mln. vahiddən çox saxlama fondu olan arxiv və kitabxana binalarının yanğın əleyhinə qurğularının, mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılmasından başqa digər elektrikqəbulediciləri kompleksi, 100 mindən çox 1 mln-a qədər saxlama fondlu (vahidlə) kitabxana və arxiv binalarının elektrikqəbulediciləri kompleksi, təhsil, tərbiyə və kadrların hazırlanması müəssisələrinin yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, ticarət sahəsi 500 kv.m-dən çox olan universamların, ticarət mərkəzlərinin, dükanların və digər ticarət obyektlərinin yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, ictimai iaşə müəssisələrinin (oturacaq yerləri 50-dən çox olan) yanğın əleyhinə qurğularının və yanğın siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, iş yerlərinin sayı 15-dən çox olan bərbərxanaların, iş yerlərinin sayı 50-dən çox olan atelye və məişət xidməti kombinatlarının, iş növbəsində məhsuldarlığı 500 kq-dan çox paltaryuyan camaşırxanaların və kimyəvi təmizləmənin, 100 nəfərdən çox yeri olan hamamların elektrikqəbulediciləri kompleksi, mehmanxanalar, istirahət evləri, pansionatlar və turbazaların yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, respublika əhəmiyyətli muzeylərin və sərgilərin elektrikqəbulediciləri kompleksi, qəza işıqlandırılması, rayon əhəmiyyətli muzeylər və sərgilərin yanğın əleyhinə qurğuların və mühafizə siqnalizasiyasının elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, idman və əyləncə mərkəzlərinin yanğın əleyhinə qurğuların, mühafizə siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri, qəza işıqlandırılması istisna ilə, digər elektrikqəbulediciləri kompleksi, əhalisinin sayı 500-dən 20 min nəfərədək olan şəhər və qəsəbələrdə su kəməri nasos stansiyaları, 1 sutkadan az qəza kənarlaşdırması müddəti olan kanalizasiya nasos stansiyaları, həmçinin su kəməri və kanalizasiya təmizləyici qurğuları, şəhər nəqliyyatı və piyada keçidi tunellərinin işıqlandırıcı qurğuları, respublika tabeli şəhərlərdə ümumşəhər əhəmiyyətli magistral küçələrin, yolların və meydanların işıqlandırıcı qurğuları.

III kateqoriya – elektrik plitələri olan 1-8 mənzilli binalar, qaz və bərk yanacaqlı plitələri olan hündürlüyü 5 mərtəbədən çox olmayan yaşayış binaları, bağçılıq təsərrüfatları, ümumi tutumu 50 nəfərə qədər olan yataqxanalar, işləyənlərin sayı 50 nəfərə qədər olan idarələrin, layihə və konstruktor təşkilatlarının və elmi tədqiqat institutlarının binaları, 100 minə qədər saxlama fondlu (vahidlə) kitabxana və arxiv binalarının elektrikqəbulediciləri kompleksi, iş yerlərinin sayı 15-ə qədər olan bərbərxanaların, iş yerlərinin sayı 50-yə qədər olan atelye və məişət xidməti kombinatlarının, iş növbəsində məhsuldarlığı 500 kq-a qədər olan paltaryuyan camaşırxanaların və kimyəvi təmizləmənin, ayaqqabı təmiri, metal məmulatı, saat təmiri emalatxanalarının, fotoatelye və 100 nəfərə qədər yeri olan hamam və saunaların elektrikqəbulediciləri kompleksi, yerli əhəmiyyətli muzeylərin, sərgilərin və diyarşünaslıq muzeylərinin elektrikqəbulediciləri kompleksi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR