DİM TOEFL və “PTE Academic” ingilis dili imtahanları keçirir

DİM TOEFL və “PTE Academic” ingilis dili imtahanları keçirir
# 06 iyul 2019 11:34 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da, “PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlayıb.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

"PTE Academic" ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq üçün http://dim.gov.az/activities/exams/pearson-vue/ linkinə daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR