Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal iqtisadiyyatın bərpa olunması ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, ÜTT koronavirus pandemiyasının yaxın vaxtlarda nəzarətə götürüləcəyi halda dünya iqtisadiyyatının 2021-ci ildə tam bərpa olunmasını gözləyir. Bunu Cenevrədə keçirilən mətbuat konfransında ÜTT-nin baş direktoru Roberto Azevedo deyib.
“İqtisadçılarımız hesab edir ki, pandemiya nisbətən yaxın gələcəkdə nəzarətə götürülsə və düzgün davranış tətbiq edilərsə, dünya iqtisadiyyatı artıq 2021-ci ildə böhrandan öncə olan trayektoriyaya qayıda bilər”, - deyə təşkilatın rəhbəri bildirib.
Buna baxmayaraq, ÜTT-nin bununla bağlı neqativ ssenariləri də mövcuddur.