Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 32 m² olan birmərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 22 m² sahədə və içərisindəki əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mansardası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
03:26
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Möhsün Qədirli küçəsində evdə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.