Bu ilin yanvar-fevral aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 313 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alınıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, miqrasiya saldosu ölkə üzrə müsbət 87 nəfər təşkil edib.