Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib
# 29 iyun 2019 15:43 (UTC +04:00)

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Jüli Peyeti bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli xanım General-Qubernator,

Ölkənizin milli bayramı – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada əlaqələri, ölkələrimiz arasındakı dostuq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR