Premyer Liqaya sonuncu vəsiqə sahibini tapıb

Premyer Liqaya sonuncu vəsiqə sahibini tapıb
# 27 may 2019 23:00 (UTC +04:00)

İngiltərə Premyer Liqasının 2019/20 mövsümündə çıxış edəcək sonuncu komanda müəyyənləşib.

ONA-nın məlumatına görə, “Aston Villa” Çempionşipin pley-off mərhələsinin finalındakı qələbə ilə yüksək dəstəyə qayıdıb.

Birminhem təmsilçisi “Derbi Kaunti” ilə Londonun “Uembli” stadionundakı qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. 2015/16 mövsümündə Premyer Liqanı tərk edən “Aston Villa” üç ildən sonra geri qayıdıb.

Qeyd edək ki, 2018/19 mövsümünün yekunlarına əsasən “Kardiff”, “Fulhem” və “Haddersfild” Premyer Liqanı tərk edib. Onları “Şeffild Yunayted”, “Norviç” və “Aston Villa” əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR