Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının 100 min olacağını ehtimal edib

Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının 100 min olacağını ehtimal edib
# 02 may 2020 07:12 (UTC +04:00)

“ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı təxminən 100 min nəfər ola bilər ki, bu da son proqnozlardan xeyli yüksəkdir”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

100 min insanın həyatını itirməsinin dəhşətli göstərici olduğunu vurğulayan prezident koronavirusun yayılmasına qarşı həyata keçirilən mübarizədəki irəliləyişlərə də toxunub: "Səhiyyə sahəsindəki potensialımızı gücləndirdiyimizə görə yoluxmanın səviyyəsinin aşağı düşməsinə nail olmuşuq. Tədricən tətbiq olunan karantin məhdudiyyətlərinin aradan qaldırılması üzrəyik”.

Tramp əlavə edib ki, koronavirusun yayılmasının zamanında qarşısını almaq üçün “mənbəyində” dayandırılmalı idi.

Xatırladaq ki, Ağ Ev rəhbəri aprelin 17-də ABŞ-da koronavirusdan təxminən, 60-65 min adamın öləcəyini söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR