Lerik rayonunun Əvilə kəndində yanğın hadisəsi qeydə alınıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.