İcra hakimiyyətinə məxsus yük avtomobili ilə qəza törədən sürücünün məhkəməsi başlayır

İcra hakimiyyətinə məxsus yük avtomobili ilə qəza törədən sürücünün məhkəməsi başlayır
# 25 aprel 2020 16:40 (UTC +04:00)

Binəqədi rayon İcra Hakimiyyətə məxsus yük avtomobili ilə piyadanı vuraraq öldürən Bəhram Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 21-də paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAZ" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR