Ötən gün İdlib və Hama arasında olan ərazilərə raket zərbələri endirilib.
APA “İhlas” agentliyinə istinadla xəbər verir ki, hava hücumları nəticəsində üç nəfər ölüb.
Hücumun Əsəd rejiminin dəstəklədiyi qüvvələr tərəfindən təşkil edildiyi bildirilib.
Bölgədə fəaliyyət göstərən Mülki Müdafiə Qüvvələrinin açıqlamasına görə, həyatını itirənlərin hər üçü bir ailədən olub: ana, ata və uşaq.