KOBİA: Sahibkarların alternativ maliyyə mənbələrinə çıxışı üçün şərait yaradılacaq

KOBİA: Sahibkarların alternativ maliyyə mənbələrinə çıxışı üçün şərait yaradılacaq
# 01 may 2019 13:11 (UTC +04:00)

Sahibkarların maliyyə resurslarına çıxış imkanının asanlaşdırmaq məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən onlara alternativ maliyyə mənbələrinə çıxış əldə etmək üçün şərait yaradılacaq. ONA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda agentlik tərəfindən fond yaradılıb.

"Bu fond məhz alternativ mənbələrə çıxışını özündə ehtiva edəcək. Əlbəttə, dövlətdə sahibkarların bu gün müraciət edə biləcək mənbələr çoxdur. Lakin, bəzi hallarda sahibkarlarda dolğun məlumat olmadığından onlar müraciət etmək üçün sənədləri düzgün doldura bilmirlər. Buna görə də bir çox qurumlar onlara bu vəsaiti verməkdən imtina edirlər. Bu səbəbdən biz sahibkarlara kömək edəcəyik ki, onlar bütün sənədləri dolğun şəkildə doldursunlar. Bu xidmətlər "KOB evi", həmçinin "KOB dostu" şəbəkəsi vasitəsilə göstəriləcək", - deyə O . Məmmədov qeyd edib.

Veriləcək maliyyə dəstəyinin faiz dərəcəsinə gəldikdə, O. Məmmədov bildirib ki, hazırda bu məsələ müəyyən olunmayıb, lakin, bu mexanizmin işləməsinə dair hazırlıq işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR