Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin kollektivinə təqdim edilib

Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin kollektivinə təqdim edilib
# 01 avqust 2019 15:13 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov V. Vəliyevin bioqrafiyası barədə məlumat verib.

C. Bayramov qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini də çatdırıb.

Rektor ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev V. Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR