"Rosneft" bu ilin sonunadək Belarusa 9 mln. ton neft tədarük edəcək

"Rosneft" bu ilin sonunadək Belarusa 9 mln. ton neft tədarük edəcək
# 15 may 2020 12:52 (UTC +04:00)

Rusiyanın “Rosneft” şirkəti 2020-ci ilin aprelindən dekabrınadək Belarusa 9 mln. tona qədər neft tədarük edəcək.

Bu barədə “APA-Economics” “Rosneft”ə istinadən xəbər verir.

Məlumata əsasən, neft “Naftan” və Mozır neft emalı zavodlarına və Belarus Neft Şirkətinə çatdırılacaq.

Bu ilin I rübündə Rusiya nefti tərəflərin qiymətlərlə bağlı fikir ayrılığı səbəbindən, demək olar ki, Belarusa tədarük edilməyib.

Qeyd edək ki, Belarus Rusiya neftinə alternativ axtarışı çərçivəsində SOCAR-la əməkdaşlığını bərpa edib. Belə ki, bu ilin I rübündə SOCAR Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Göndərilən neftin 2,05 mln. bareli Azərbaycan, 1,78 mln. bareli isə üçüncü istehsalçılarının neftinin payına düşüb.

Xatırladaq ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR