Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ləğvi və funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə bağlı AMB-yə 26 958 min manat daxil olub.
"APA-Economics" bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.
Hesabatda deyilir ki, 28 noyabr tarixində MBNP-nin ləğv edilməsi və Azərbaycan qanunlarında müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırılma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının AMB-yə verilməsi nəticəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 958 min manat kapital ehtiyatlarına aid edilib və Banklın kapital ehtiyatları 526 958 min manat təşkil edib.