Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında güləş yarışlarının son gününün püşkü atılıb.
APA-nın məlumatına görə, iyulun 23-də bu idman növündə 7 dəst medal sahibini tapacaq.
51 kq və 65 kq çəki dərəcəsində mübarizə aparan oğlanlar həm sərbəst, həm yunan-Roma güləşində qüvvələrini sınayacaqlar. Qızlar isə 53 kq, 57 kq, 65 kq çəki dərəcələrində mükafatçıları müəyyənləşdirəcəklər.
İlkin qarşılaşmaları saat 10:30, həlledici görüşləri 16:00-da başlayacaq yarışda Azərbaycan yığması bütün çəkilərdə təmsil olunacaq. Bu üzdən 7 güləşçimiz xalça üzərinə çıxacaq.
Qeyd edək ki, ilk iki gündə 11 güləşçimiz 10 medal – 4 qızıl, 4 gümüş və 2 bürünc qazanıb.
Sərbəst güləş
51 kq, 1/8 final
Kənan Heybətov - İ.Terzi (Ukrayna)
65 kq, 1/8 final
Cəbrayıl Hacıyev - D.Patsinaşvili (Gürcüstan)
Yunan-Roma güləşi
51 kq, 1/8 final
Elmir Əliyev - C.Andresen (Norveç)
65 kq, təsnifat
Xasay Həsənli - F.Bukis (Yunanıstan)
Qadın güləşi
53 kq, 1/8 final
Elnurə Məmmədova - F.Vizi (Macarıstan)
57 kq, 1/8 final
Birgül Soltanova - D.Manuil (Rusiya)
65 kq, 1/8 final
Nigar Mirzəzadə - M.Trautman (Almaniya)