Fransada son sutkada koronavirusdan 83 nəfər ölüb.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fransada yeni növ virusdan ölənlərin ümumi sayı 28215-ə çatıb.
Onlardan 17870-i xəstəxanalarda, 10345-i isə qocalar evlərində və digər tibbi-sosial müəssisələrdə ölüb.