Qaradağda sərnişin avtobusunun qəzaya uğramasının səbəbləri açıqlanıb

Qaradağda sərnişin avtobusunun qəzaya uğramasının səbəbləri açıqlanıb
# 21 noyabr 2019 10:14 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi Qaradağda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzanın səbəblərini açıqlayıb.

BNA-dan APA-ya verilən məlumata görə, bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

"Mercedes" markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib.

Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR