Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb

Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb
# 29 iyun 2019 04:07 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.


APA xəbər verir ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub. Qumbaranın zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Əl qumbarasının ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR