İraq hərbçiləri beş İŞİD terrorçusunu məhv edib

İraq hərbçiləri beş İŞİD terrorçusunu məhv edib
# 30 iyun 2019 03:32 (UTC +04:00)

İraqlı hərbçilər İŞİD terror qruplaşmasının 5 döyüşçüsünü məhv edib.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, terrorçular Suriya sərhədindən İraqa keçmək istəyirmiş. Buna görə də ölkənin Suriya sərhədi bu cür insidentlərə yol verilməməsi üçün daima nəzarətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR