Bank Of Baku

Nazir müavini: "Türkiyədə 240 yerdə başlayan yanğınların 235-i söndürülüb"

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev

© APA | Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev

# 09 avqust 2021 18:37 (UTC +04:00)

"Türkiyədə 240 yerdə başlayan yanğınların 235-i söndürülüb, digər yanğınlar isə nəzarət altındadır".

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, onlardan üçünü istisna etməklə digərləri nəzarət altındadır: "Hazırda biz Köyceğiz rayonunda Pınar, Karayer, Kabakça, Çayhisar kəndləri bizim yanğınsöndürənlər tərəfindən mühafizə olunur. Mühafizə zolağı 11 km ərazini əhatə edir. 100 nəfərlik heyətimiz yanğınların soyudulması işlərini həyata keçirir". 

E. Mirzəyev qeyd edib ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 nəfər yanğınsöndürəni, mülki müdafiə və xüsusi təyinatlı əməkdaşı qardaş ölkədə fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR