ÜST COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib

ÜST COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib
# 12 may 2020 17:53 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.

ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. O, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılmasının nəzərdə tutulduğunu bildirib və ÜST-nin İşçi Qrupun səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Eyni zamanda, T.Qebreyesus COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.

Yekunda ÜST-nin Baş direktoru Azərbaycan Respublikasının Prezidentinə dərin hörmətini və ehtiramını çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR