Xaçmazda taksi sürücüsü boğazından bıçaqlanıb - YENİLƏNİB

Xaçmazda taksi sürücüsü boğazından bıçaqlanıb - YENİLƏNİB
# 05 iyul 2019 13:24 (UTC +04:00)

Xaçmazda taksi sürücüsünə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Daxilli İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz rayonu Xudat şəhər sakini Elman Qasımovun boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Məharət Qafarov qısa zamanda saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, E.Qasımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

***

Saat 11:03

Xaçmaz sakini bıçaqlanıb.

APA-nın məlumatına görə, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR