Tacikistanda son sutka ərzində 63 nəfər koronavirusa yoluxub, ölkə üzrə yoluxanların ümumi sayı 293 nəfərə çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Bibixonum Darveşzoda aşıqlama verib.
O qeyd edib ki, mayın 5-nə olan son məlumatlara görə, yeni növ virusa yoluxanlardan 5 nəfər ölüb.