Moskvada koronavirus qurbanlarının sayında yenidən artım müşahidə olunur

Moskvada koronavirus qurbanlarının sayında yenidən artım müşahidə olunur
# 14 oktyabr 2020 02:57 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 52 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5739-a çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 339 431 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4618 nəfər təşkil edib. Ümumilikdə 264 500 xəstə sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR