ADİF nümayəndə heyəti İstanbulda beynəlxalq konfransda iştirak edib

ADİF nümayəndə heyəti İstanbulda beynəlxalq konfransda iştirak edib
# 11 may 2018 13:17 (UTC +04:00)

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) Avrasiya Regional Komitəsinin (EARC) illik toplantısı çərçivəsində “Böhranın idarə edilməsi: ənənəvi və yeni yanaşmalar” mövzusunda 7-9 may 2018-ci il tarixlərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, Avrasiya Regional Komitəsinin sədri İlhami Öztürk, Türkiyə Əmanətlərin Sığortalanması Fondunun sədri Muhiddin Gülal, Dünya Bankının nümayəndəsi Miquel Dijkman, Almaniya, İtalya, Koreya, Fillipin, İndoneziya, Yaponya, MDB ölkələri və Avropa ölkələrinin banklarının ləğvetmə və sağlamlaşdırma strukturlarının nümayəndələri ilə yanaşı, dünyanın aparıcı maliyyə qurumlarının rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı tədbirdə banklarda yeni yaranan risklər barədə fikir mübadiləsi aparılıb.

ƏSF nümayəndə heyəti son illərdə Azərbaycanda bütün sahələrdə aparılan dərin iqtisadi islahatlar, Fondun gələcək hədəfləri, əmanətlərin sığortalanması sistemi və bankların ləğvetməsində dunya təcrübəsinin tədbiqi barədə geniş təqdimat ediblər.

EARC-ın illik toplantısı çərçivəsində keçirilən dəyirmi masalara qatılan ƏSF nümayəndə heyəti ləğvetmə zamanı risklər və problemlər və onların həlli barədə fikir mübadiləsi aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR