Zaqatalada "VAZ 2106" yük maşını ilə toqquşub, xəsarət alan var

Zaqatalada "VAZ 2106" yük maşını ilə toqquşub, xəsarət alan var
# 26 iyun 2019 08:43 (UTC +04:00)

Zaqatalada minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Əliabad qəsəbə sakini, 1941-ci il təvəllüdlü Şaban Xəlil oğlu Şabanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan, Ağcabədi rayon sakini Bayram Əliyevin idarə etdiyi yük maşınının qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü Ş.Şabanov və onun sərnişini Əliabad qəsəbə sakini, 1960-cı il təvəllüdlü Solmaz Vahid qızı Babayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

S.Babayeva əməliyyat edilib, müalicəsi Reanimasiya şöbəsində aparılır. Ş.Şabanovun müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR