Bakıda 3 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

Bakıda 3 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb
# 18 mart 2020 12:53 (UTC +04:00)

Martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR