Yaponiya: İran və ABŞ arasında vasitəçilik etməyə hazırıq

 Yaponiya: İran və ABŞ arasında vasitəçilik etməyə hazırıq
# 12 may 2019 05:43 (UTC +04:00)

Yaponiya baş nazirinin müavini Yasutuşi Nişimura jurnalistlərlə keçirdiyi mətbuat konfransında ölkəsinin İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

ONA “İRNA”-ya istinadla xəbər verir ki, Yaponiyanın İranla mövcud olan köklü əlaqələrindən bəhs edən Y.Nişimura vurğulayıb ki, bölgədə sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdırlar.

ABŞ-Tehran arasındakı qalmaqallı nüvə razılaşmasına diqqət çəkən baş nazirin müavini rəsmi Tokionun İranın planlarını diqqətlə izlədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR