FHN-nin vətəndaşlara psixoloji dəstək məqsədilə yaratdığı "Qaynar xətt"ə 550-dək müraciət daxil olub

FHN-nin vətəndaşlara psixoloji dəstək məqsədilə yaratdığı "Qaynar xətt"ə 550-dək müraciət daxil olub
# 23 aprel 2020 18:40 (UTC +04:00)

“Ölkədə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə cari ilin 8 aprel tarixindən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində FHN-in xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir”.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, fəaliyyət göstərdiyi 15 gün ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından “Qaynar xətt”ə 550-yə qədər müraciət daxil olub. Müraciətlər əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.

Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR