Bakıda 1004 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb

Bakıda 1004 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb
# 12 iyun 2020 15:09 (UTC +04:00)

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

Bu barədə APA-ya BŞTİ-dən məlumat verilib.

Eyni zamanda, 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR