MM Aparatının və İşlər İdarəsinin əməkdaşları üçün məhdudiyyət müəyyənləşdirilib

MM Aparatının və İşlər İdarəsinin əməkdaşları üçün məhdudiyyət müəyyənləşdirilib
# 18 mart 2020 16:23 (UTC +04:00)

Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları üçün məhdudiyyət müəyyənləşdirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməməli, zərurət olmadan digər şəxslərlə təmasda olmamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR