Şabranda maşın aşıb, 4 nəfər xəsarət alıb

Şabranda maşın aşıb, 4 nəfər xəsarət alıb
# 24 aprel 2020 12:02 (UTC +04:00)

Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb. 

"Fiat" markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Onlar Şabran rayon sakinləri - 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, 1986-cı il təvəllüdlü Qasanov Ziya Məzahir oğlu və 1986-cı il təvəllüdlü Mirzəliyev Pərvin Nəsrulla oğludur. 

Xəsarət alan şəxslər sinif yoldaşları olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR