ABŞ-ın "Huawei" şirkətinə tətbiq etdiyi sanksiyadan Yaponiya da zərər görür

ABŞ-ın "Huawei" şirkətinə tətbiq etdiyi sanksiyadan Yaponiya da zərər görür
# 17 may 2019 09:04 (UTC +04:00)

ABŞ-ın Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə qarşı tətbiq etdiyi sanksiya Yaponiya şirkətlərinə də mənfi təsir edir.

ONA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın maliyyə naziri Taro Aso açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin bir neçə müəssisəsi “Huawei” şirkətindən komplekt hissələr alır və ABŞ-ın tətbiq etdiyi sanksiya biznes üçün ciddi əngəl yaradır.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətini və onunla əlaqəsi olan bütün fiziki şəxsləri qara siyahıya saldığını açıqlayıb. Qərar bu gündən etibarən qüvvəyə minir.

Bildirilir ki, belə bir qərar ölkənin milli təhlükəsizliyi üçün vacib hesab edilib. Vaşinqton “Huawei” şirkətini öz texnikasından casusluq məqsədlərində istifadə etməkdə günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR