Bu ilin aprel ayında Rusiyada ərzaq məhsullarının qiyməti mart ayı ilə müqayisədə 1,7% artıb. Mart ayında isə ərzaq məhsullarının bahalaşması əvvəlki aya nisbətən 0,96% təşkil edib.
"APA-Economics"in Rusiyanın Federal Dövlət Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, apreldə ərzaq məhsullarının illik ifadədə bahalaşması 3,5% təşkil edib. Marta isə bu göstərici 2,2% olub.
Aprel ayında ərzaq məhsulların bahalaşması qlobal böhranın başladığı 2008-ci ilin aprel ayından bəri ən yüksək olub (2,2%). 2014-cü ilin aprel böhranında məhsullar daha az bahalaşmışdı – cəmi 1,3%.
Pərakəndə Satışlar Şirkətləri Birliyi aprel ayında ərzaq məhsullarının bahalaşmasını mart ayının ajiotajlı tələbi, zəifləyən rubl və logistika dəyişiklikləri ilə izah edir.