Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanovla Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.
“Toyota” markalı avtomobil yol ayrıcından keçərkən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan sürücü xəsarət alıb.