Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may tarixləri arasında Zağulba prospekti, Mərdəkan şosesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.