Gəncədə “Azərenerji” ASC-nin əməkdaşı yanıq xəsarəti alıb

Gəncədə “Azərenerji” ASC-nin əməkdaşı yanıq xəsarəti alıb
# 12 mart 2020 14:17 (UTC +04:00)

Gəncədə “Azərenerji” ASC-nin əməkdaşı iş başında ağır yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, ASC-nin əməkdaşı, 1983-cü il təvəllüdlü Abbasov İlkin Məsim oğlu şəhərin İnşaatçılar küçəsində elektrik naqillərində yaranmış nasazlığı aradan qaldırarkən naqillərdə alışma baş verib. Nəticədə ASC-nin əməkdaşı ağır yanıq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan elektrikə 3 və 4-cü dərəcəli texniki termik yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün İ. Abbasov Bakıdakı xəstəxanalardan birinə göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR